İyunun 25-dən iyulun 5-dək Mingəçevir "Kür" Olimpiya Tədris-İdman Mərkəzində təlim-məşq toplanışı keçən qadın voleybolçulardan ibarət Azərbaycan millisi Bakıya qayıdıb. Matc.az xəbər verir ki, yığmamız İslam Həmrəyliyi Oyunlarına və Avropa çempionatının təsnifat mərhələsinə hazırlığı paytaxtda davam etdirəcək.
 
Voleybolçularımız Aç-2023-ün təsnifat oyunlarında D qrupunda Sloveniya, Gürcüstan və Avstriya milliləri ilə mübarizə aparacaq. Komandamız İslam Həmrəyliyi Oyunlarında isə Əfqanıstan, Seneqal və Kamerun yığmaları ilə B qrupunda qüvvəsini sınayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest