5-ci İslam Həmrəyliyi Oyunlarında çıxış edəcək kişi həndbolçulardan ibarət Azərbaycan millisinin rəqibləri müəyyənləşib. Matc.az xəbər verir ki, İslamiadada bu idman növü üzrə 7 ölkənin (Səudiyyə Ərəbistanı, Qətər, İraq, Türkiyə, İran, Azərbaycan və Mərakeş) komandası mübarizə aparacaq.
 
Püşkatmanın nəticəsinə görə, B qrupunda yer alan Azərbaycan milli komandası Türkiyə və İran yığmaları ilə yarışacaq.
 
Qadınlardan ibarət millimiz isə İran, Əfqanıstan və Kamerun yığmaları ilə B qrupunda qüvvəsini sınayacaq.
 
Qadınların yarışında "A" qrupunda özbəkistan, Türkiyə, Seneqal, Banqladeş və Qətər milliləri mübarizə aparacaqlar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest