Avropa çempionatının təsnifat mərhələsinə və İslam Həmrəyliyi Oyunlarına hazırlaşan kişi voleybolçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışını ölkə xaricində davam etdirəcək. Matc.az xəbər verir ki, Pərviz Səmədovun baş məşqçisi olduğu komanda hazırlığın növbəti mərhələsini Belarusun paytaxtı Minskdə keçəcək.
 
Voleybolçularımız səfərə iyulun 9-da yollanacaq. Minskdə komandamızın yerli yığma ilə bir neçə yoxlama matçı da planlaşdırılır. Buradakı hazırlıq iyulun 16-da başa çatacaq. Millimiz isə bundan sonra Bakıya Belarus yığması ilə birgə qayıdacaq. 2 komanda paytaxtda hazırlıq keçməklə yanaşı, yenidən bir neçə sınaq görüşündə gücünü yoxlayacaq.
 
Xatırladaq ki, mayın 15-dən hazırlığa başlayan milli Aç-2023-ün təsnifat mərhələsində A qrupunda Türkiyə və Danimarka yığmaları ilə mübarizə aparacaq. Millimiz 5-ci İslam Həmrəyliyi Oyunlarında isə Sudan, Mərakeş və Kamerun milliləri ilə A qrupunda qüvvəsini sınayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest