Voleybol üzrə Azərbaycan yığmasının hücumçusu Ayşən Abduləzimova təlim-məşq toplanışını dəyərləndirib. Matc.az xəbər verir ki, federasiyanın mətbuat xidmətinə açıqlama verən voleybolçu bunları söyləyib:
 
"Vaşaş"ın heyətində Macarıstandakı yarışlar başa çatdıqdan sonra Bakıya qayıtmışam. Amma zədələrim olduğuna görə məşqlərə qatıla bilmədim. Bir ay müalicə aldım. Artıq müalicəm başa çatıb və Mingəçevirdə təşkil olunan təlim-məşq toplanışında fərdi məşqlərə başlamışam.
 
Komandamızda yüksək əhval-ruhiyyə var. Artıq hücumçumuz Odina Əliyeva da bizimlə birgə məşqlərə qoşulub. Bir neçə voleybolçumuz da yaxın günlərdə düşərgədə olacaqlar.
 
İnanıram ki, Avropa çempionatının təsnifatı və İslam Həmrəyliyi Oyunlarında uğurlu çıxış edəcək və qarşımıza qoyulan məqsədlərə çatacağıq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest