Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov Türkiyədə baş tutan təlim-məşq toplanışını dəyərləndirib

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov Türkiyədə baş tutan təlim-məşq toplanışını dəyərləndirib. Matc.az xəbər verir ki, o, Türkiyə yığması ilə keçirdikləri yoxlama oyunlarından da söz açıb:
 
"İyunun 18-dən təlim-məşq toplanışına başladıq. Toplanış müddətində gündə iki dəfə olmaqla məşq və iki beynəlxalq səviyyədə yoxlama oyunu keçirdik. Türkiyə ilə iyunun 25-də keçirdiyimiz ilk oyunda komandamız yorğun olmasına baxmayaraq, pis təsir bağışlamadı. Xüsusən ilk hissədə başabaş mübarizə apardıq. Ancaq dediyim kimi, fasilədən sonra yol yorğunluğu özünü büruzə verdi və nəticədə 0:2 hesabı ilə məğlub olduq. 
 
Türkiyə millisinə qarşı ikinci oyunumuz isə daha yaxşı alındı. Hesabda geri olmağımıza baxmayaraq, toparlanmağı bacardıq, hətta 2 top vurub hesabı lehimizə dəyişdik. Təəssüf ki, son dəqiqələrdə penaltidən qapımızdan top buraxdıq. Hesab edirəm ki, nəticə oyuna görə olmadı. Hər iki hissədə yaratdığımız imkanlardan yetərincə istifadə edə bilmədik. 
 
Bu təlim-məşq toplanışının və yoxlama oyunlarının əsas məqsədi sentyabrda keçirəcəyimiz rəsmi oyunlara daha yaxşı hazırlaşmaqdır. İnanıram ki, bu təlim-məşq toplanışının faydasını gələcək oyunlarda görəcəyik".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest