27 İyun 2022, 01:00
                
                
                
                                DİGƏR 
                                
                
               
              
				  
 
	Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində növbəti görüşünü keçirib. Matc.az xəbər verir ki, 35 yaşlı qrossmeyster 8-ci turda qara fiqurlarla Fransa təmsilçisi Alireza Firuzca ilə üz-üzə gəlib. Matç 93-cü gedişdə "sülh"lə yekunlaşıb.
	Bu turnirdə qələbəyə həsrət olan Teymur 2 və 7-ci turlarda ABŞ təmsilçiləri Hikaru Nakamura və Fabiano Karuanaya uduzub, qalan bütün görüşlərində isə heç-heçəyə razılaşıb.
	Azərbaycan şahmatçısı hazırda 3 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. Lider 6 xala sahib Yan Nepomnyaşidir.
	Dairəvi sistem üzrə keçirilən yarış 14 turdan ibarət olacaq. Şahmatçılar bir-biri ilə iki dəfə (ağ və qara fiqurlarla) qarşılaşacaqlar. Turnirin qalibi dünya şahmat tacı uğrunda norveçli Maqnus Karlsenlə görüşə vəsiqə qazanacaq.
	İddiaçılar Turniri
	8-ci tur
	25 iyun
	Alireza Firuzca (Fransa) - Teymur Rəcəbov (Azərbaycan) 0,5;0,5
	Yan Nepomnyaşi (FIDE) - Dinq Liren (çin) 0,5:0,5
	Rixard Rapport (Macarıstan) - Yan-Kşiştof Duda (Polşa) 1:0
	Hikaru Nakamura (ABŞ) - Fabiano Karuana (ABŞ) 1:0
	Xal durumu: Nepomnyaşi - 6, Karuana - 5, Nakamura - 4,5, Rapport - 4, Liren - 3,5, Duda, Rəcəbov, Firuzca - 3.
				
         	
                                             
               
 
             
 








_1761661036.jpg)






