Gənclər və idman naziri Fərid Qayıbov İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun (ICYF) prezidenti Taha Ayhanla görüşüb. Matc.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, İslam Əməkdaşlıq Təşkilatı Gənclər və İdman Nazirlərinin Daimi Şurasının Bakıda keçirilən 3-cü iclası çərçivəsində baş tutan görüş zamanı Qayıbov qonağın tədbirə qatılmağından məmnunluğunu ifadə edib.
 
Bakıda təşkil olunan tədbirin Azərbaycanla ICYF arasında əməkdaşlığın növbəti mərhələyə keçməsinə səbəb olacağı qeyd edilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest