"Neftçi" yeni mövsümə hazırlığı davam etdirir. Matc.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "ağ-qaralar" yeni baş məşqçisi Laurentsiu Regekampfın rəhbərliyi altında ilk məşqə çıxıb.
 
"Türk Hava Yolları Futbol Mərkəzi"ndə baş tutan hazırlıq prosesindən öncə rumıniyalı mütəxəssis futbolçulara təqdim olunub. Məşq zamanı müxtəlif fiziki təmrinlər və toplu çalışmalar yerinə yetirilib.
 
Komandanın tam heyətlə olmadığı məşqdə Regekampfın köməkçiləri Viorel Dinu və Boqdan-Kornel Merişanu da iştirak ediblər.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest