“Milan”ın futbolçuları İtaliya çempionu olduqdan sonra avtobusla şəhər küçələrində gəziblər. Matc.az xəbər verir ki, bayram təntənəsi zamanı “Milan”ın futbolçuları əzəli rəqib “İnter”i təhqir ediblər.
 
Futbolçuların əllərində tutduqları bannerdə belə yazılıb: “Qazandığınız İtaliya kubokunu arxanıza soxun”.
 
Çox güman ki, bu banner Massimo Ambrozininin 2007-ci ildə Çempionlar Liqasındakı uğurdan sonra A Seriyasını qazanan “İnter”ə ünvanlanmış şüarını xatırlatmaqdır. Həmin vaxtkı şüarın mətni indiki ilə eynidir.
 
Xatırladaq ki, “Milan” 2010/2011 mövsümündən sonra ilk dəfə İtaliya çempionu olub. Komanda tarixində 19-cu dəfə çempionluğu qazanıb. Bu göstəriciyə görə “Milan” “İnter”ə çatıb. Ən çox qələbə qazanan isə “Yuventus”dur – 36.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest