"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 28-ci turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyunu şərh edib

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 28-ci turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 4:1 hesabıyla qalib gəldikləri matçdan sonra bunları söyləyib:
 
"Futbolçularımı təbrik edirəm. Təkcə çempionluğa deyil, həm də oyunlarına görə. Necə başladıqsa, elə də bitirdik. Mövsüm ərzində sabit qalmaq önəmli idi. Futbolçularım istəkli idilər. Buna görə onlara təşəkkür düşür. Səbirsizliklə medalları gözləyirlər".
 
50 yaşlı mütəxəssis hər uğurun onun üçün özəl olduğunu bildirib: "Uğur qazanmaq asan, onu qoruyub-saxlamaq isə çətindir. Bütün diqqətimiz növbəti mövsümə yönəlməlidir".
 
Qurbanovun sözlərinə görə, kolumbiyalı müdafiəçi Kevin Medinanın Türkiyədən təklifləri var idi: "Onunla maraqlanırdılar. Amma bizimlə müqaviləni uzatdı. özünün də burada qalmaq istəyi həddən artıq çoxdur. "Qarabağ" kollektivini və Bakını sevir. Elə bir problem görmürəm".
 
Baş məşqçi ilk çempionluğunun daha yaddaqalan olduğunu söyləyib: "Məşqçi və futbolçu kimi də ilklər həmişə daha çox yaddaqalan olur. Mənim üçün bütün çempionluqlar dəyərlidir. Bu adı qoruyub saxlamaq çox vacibdir. Belədə qarşıdakı mövsüm daha önəmli olur".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest