Şəhriyar Məmmədyarov master-klass keçəcək. Matc.az xəbər verir ki, tədbir Məmmədyarovlar Şahmat Məktəbində baş tutacaq.
 
Mayın 17-də keçiriləcək master-klass saat 09:30-da başlayacaq. Tədbir çərçivəsində Şəhriyar öncə iştirakçılarla tanış olacaq, onlara uğur qazanmağın yollarını göstərərək, tövsiyələrini verəcək. 7 saat davam edəcək görüş çərçivəsində iştirakçıların da suallarını cavablandıracaq Məmmədyarov, debütü, şahmatdakı problemlər haqda da danışacaq. 
 
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov da tədbirə dəvət alıb. 50 yaşlı mütəxəssis Məmmədyarovun master-klassında fəxri qonaq olacaq.
 
ödənişli master-klassın ikinci hissəsi nahardan sonraya təsadüf edəcək. Şəhriyar iştirakçılarla blits seans keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest