Edi Reski Dviçayo - Ezmi Qovimuramadhoni tandemi İspaniyanın paytaxtı Madrid şəhərində keçirilən Avropa çempionatında ilk qələbəsini qazanıb. Matc.az xəbər verir ki, badmintonçularımız kişilərin qoşa yarışında Covanni Qreko - Kevin Strobl (İtaliya) cütünə 2:0 (21-13, 21-16) hesabı ilə qalib gələrək 1/8 finala yüksəlib.
 
Edi - Ezmi tandemi bu mərhələdə Ben Leyn - Şon Vendi qoşası ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 15:10-da başlayacaq.
 
Kişi badmintonçuların şəxsi yarışında 1/16 finalda İrlandiya təmsilçisi Nhat Nguyenlə qarşılaşan Edi rəqibinə 0:2 (10-21,14-21) hesabı ilə uduzub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest