Azərbaycan karateçisi İrina Zaretska Portuqaliyanın Matozinyuş şəhərindəki Karate1 Premyer Liqa turnirində qazandığı məbləği Ukrayna ordusuna bağışlayacaq. Matc.az xəbər verir ki, 68 kq çəki dərəcəsində çıxış edən 26 yaşlı idmançı bu barədə Dünya Karate Federasiyasının (WKF) rəsmi saytına açıqlamasında bildirib.
 
Zaretska Portuqaliyadakı turnirdə Ukrayna üçün çıxış etdiyini söyləyib: "Bu turnirdə nə özüm, nə də ölkəm Azərbaycan üçün mübarizə aparmışam. Mən həm də doğulduğum Ukrayna üçün döyüşmüşəm. Buna görə də burada qazandığım pulun hamısını Ukrayna ordusunun müharibədə vuruşmasına kömək üçün verəcəyəm. Hər töhfə yardımçı olur".
 
Qeyd edək ki, İrina Zaretska yarışın finalında italiyalı Silvia Semeraroya uduzaraq gümüş medal qazanıb. Nəticədə Zaretska 500 avro pul mükafatına sahib çıxıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest