Bu gün İspaniyanın paytaxtı Madrid şəhərində badminton üzrə Avropa çempionatına start verilib. Matc.az xəbər verir ki, mübarizəyə 1/16 finaldan başlayacaq Azərbaycan badmintonçusu Edi Reski Dviçayo kişilərin şəxsi yarışında ilk görüşünü İrlandiya təmsilçisi Nhat Nguyenə qarşı keçirəcək.
 
Kişi badmintonçuların qoşa yarışında ölkəmizi təmsil edən Edi Reski Dviçayo - Ezmi Qovimuramadhoni tandemi isə 1/16 final mərhələsində Covanni Qreko - Kevin Strobl (İtaliya) qoşası ilə qarşılaşacaq.
 
Hər iki görüş sabah keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest