Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası işğaldan azad olunan torpaqlarımızda ilk beynəlxalq idman yarışını təşkil edəcək. Matc.az xəbər verir ki, ümumilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən "Prezident kuboku" reaqatasının ilk günü mayın 6-da Tərtər rayonunun Suqovuşan qəsəbəsində baş tutacaq.
 
Növbəti gün - mayın 7-də isə yarış Mingəçevirdə davam edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest