Aprelin 22-dən 24-dək gimnastika dünyasının diqqəti bir daha Bakıya yönələcək. Matc.az xəbər verir ki, dünyanın ən güclü bədii gimnastları bu dəfə ölkəmizdə təşkil olunacaq bədii gimnastika üzrə dünya kubokunda bir araya gələcəklər. 
 
Azərbaycanın gimnastika növləri üzrə bu il ev sahibliyi edəcəyi 5-ci beynəlxalq yarışda 31 ölkədən 44-ü fərdi və 96-sı qrup komandasının (15 qrup) üzvü olmaqla 140 gimnastın iştirakı gözlənilir.
 
Yarışda ölkəmizi fərdi növdə Arzu Cəlilova və Zöhrə Ağamirova, eləcə də Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokinadan ibarət qrup hərəkətləri üzrə komanda təmsil edəcək.  
 
3 gün ərzində baş tutacaq yarışda gimnastlar ayrı-ayrı alətlər və çoxnövçülük üzrə mübarizə aparacaqlar. 
 
Ənənəyə uyğun olaraq, bu yarışda da ən çox icra xalını yığmış gimnast və qrup komandasına "AGF Trophy" Kuboku da təqdim olunacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest