Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) "Qəhrəmanların və dahilərin izi ilə təmiz qələbələrə doğru" adlı tədbir keçirəcək. Matc.az xəbər verir ki, tədbirdə həmçinin məhşur idmançıların iştirakı ilə Şuşa şəhərində çəkilmiş eyni adlı vidoçarxın təqdimatı olacaq.
 
Tədbirin keçirilməsində məqsəd ədalətli idman və ölkəmizin ləyaqətlə təmsil edilməsi prinsiplərinin geniş təbliğidir. Bu məqsədlə məşhur idmançılar və tanınmış idman jurnalistlərinin müzakirələri təşkil ediləcək.
 
Tədbir 18 aprel tarixində saat 12:00-da "Hyatt Regency" hotelinin "Quba" zalında keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest