"100 faiz. İnsanlara xəbər verin! Mən bunu olduğu kimi deyirəm! Bəlkə də hamısı deyil, amma onların çoxu fahişədir"

Rusiyalı şərhçi Dmitri Qoluboçkin Sankt-Peterburqda bodibildinq yarışlarında iştirak edən idmançıların ünvanına təhqiredici fikirlər səsləndirib. Matc.az xəbər verir ki, şərhçi idmançıları fahişə, eskort adlandırıb.
 
"100 faiz. İnsanlara xəbər verin! Mən bunu olduğu kimi deyirəm! Bəlkə də hamısı deyil, amma onların çoxu fahişədir" - deyə, Qoluboçkin qadınların bodibildinq yarışlarını şərh edərkən bildirib.
 
Bu ittihamdan sonra Rusiya Bodibildinq Federasiyası (FTB) Qoluboçkini ömürlük təşkilat üzvlüyündən xaric edib.
 
Rusiyalı bodibildinq çempionu Katerina Bravve isə sosial şəbəkələrdə şərhçi haqda deyib: "Bu elə bir məxluqdur ki, onu insan adlandırmaq olmaz".
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest