Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən kişilər və qadınlar arasında ağır atletika üzrə Azərbaycan çempionatı davam edir. Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 100-dən çox atlet qüvvəsini sınayır.

Kişilər arasında körpücük üzərinə ilk olaraq çəkisi 55 kq-a qədər olan idmançılar çıxıblar. Toplam 179 kq (82+97) çəkinin öhdəsindən gələn Hacıağa Məmmədov qızıl medala layiq görülüb. Toplam 167 kq (80+97) nəticə olə Dəniz Cabbarlı ikinci, toplam 165 kq (80+85) nəticə ilə Ramiz Kərimov üçüncü pillədə qərarlaşıblar.

çempionatın təşkilində məqsəd ağır atletika idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafına dəstək verilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.

 

N

Adı

İl

ölkə/Şəhər

Klub

çəki

Birdən

Təkanla

Toplam

1.

Hacıağa Məmmədov

2007

Lənkəran

UGİM

54.00

82

97

179

2.

Dəniz Cabbarlı

2006

Lənkəran

UGİM

51.70

80

97

167

3.

Ramiz Kərimov

2006

Neftçala

Zirvə

54.60

80

85

165

4.

Akif Abdullayev

2007

Xırdalan

Zirvə

55.00

75

90

165

5.

Amin Osmanov

2006

Qazax

UGİM

53.00

67

92

159

6.

İlkin Mirzəyev

2005

Bakı

Təhsil

54.80

70

80

150

7.

Fərman Quluzadə

2005

Goranboy

UGİM

54.00

65

80

145

8.

Aysim Əliyev

2007

Goranboy

Təhsil

50.80

57

70

127

9.

Azər Mənsimov

2006

Sumqayıt

Təhsil

55.00

55

68

123

10.

Riad Rzayev

2007

Neftçala

UGİM

55.00

55

65

120

11.

Nihad Zairov

2006

Bakı

Təhsil

44.40

55

60

115

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest