İspaniyanın "Barselona" klubu futbolçusu Osman Dembele ilə müqaviləni yeniləmək niyyətindədir. Matc.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin icraçı direktoru Ferran Reverter "Goal" nəşrinə açıqlamasında deyib. 
 
O, Dembele ilə müqaviləni yeniləmək üçün çalışdıqlarını söyləyib: "Əlbəttə, maliyyə vəziyyətimiz Dembele ilə müqaviləni uzatmağa imkan verir. Bəlkə də, bu proses uzun çəkəcək. Vəziyyət ortadadır. Detallar üzərində diqqətli çalışırıq".
 
2017-ci ildən "Barselona"da çıxış edən Dembelenin müqaviləsi 2022-ci ilin yayına qədərdir.
 
Yeri gəlmişkən, "Barselona" "Mançester Siti"nin futbolçusu Ferran Torresi də transfer etməyə çox yaxındır. 21 yaşlı hücumçunun artıq Kataloniya klubu ilə 5 illik razılıq əldə etdiyi iddia olunur. İspan futbolçu daha az maaş qarşılığında "Barselona"da oynamağa razıdır.
 
"Barselona" Torreslə fərdi razılığa gəlib və yaxın zamanda "Mançester Siti" ilə danışıqlara başlayacaq.
 
Torres bu mövsüm "Mançester Siti" ilə 7 oyunda 3 qol vurub.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest