"Səbail" klubunun AFFA İntizam Komitəsinin qərarından verdiyi şikayətləri Apellyasiya Arbitraj Tribunalı təmin etməyib. Matc.az xəbər verir ki, komandanın oyunçusu Nikolas Raysel və baş məşqçi Aftandil Hacıyev, habelə klub barəsində qərarlar qüvvədə saxlanılıb.
 
Qərar 30 gün ərzində tərəflərə göndəriləcək.
 
Xatırladaq ki, AFFA İntizam Komitəsi noyabrın 5-də Nikolas Rayseli 4, Aftandil Hacıyevi 5 oyunluq cəzalandırıb. Buna fransalı hücumçunun səfərdə "Sumqayıt"a 0:2 hesabı ilə uduzduqları Premyer Liqanın 9-cu tur matçında aqressiv hərəkətə, 40 yaşlı mütəxəssisin isə həmin görüşdə hakimləri təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə almaları səbəb olub. Klub hər iki şəxsə görə ümumilikdə 7200 manat cərimələnib. Bundan başqa, oyun ərzində hesab tablosunun işləkliyi təmin edilmədiyi üçün meydan sahibi klub 800 manat ziyana düşüb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest