“Real” ciddi itki ilə üzləşib. Matc.az xəbər verir ki, Madrid təmsilçisinin yarımmüdafiəçisi Eder Hazard sıradan çıxıb.
 
Əzələ ağrılarından əziyyət çəkən belçikalı futbolçu hazırda komanda ilə məşqlərdə iştirak etmir. Onun La Liqanın 9-cu turundan təxirə salınmış “Atletik”lə oyunda iştirak etməyəcəyi bildirilir.
 
“Real”da Qaret Beyl və Dani Sebalyos da fərdi məşqlərlə kifayətlənir. Onlar da növbəti matçı buraxacaqlar.
 
9-cu turdan təxirə salınmış “Real” – “Atletik” matçı dekabrın 1-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest