Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 7-ci tura, eyni zamanda ilk dövrəyə yekun vurulub. Matc.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

Əvvəlcə son çempion “Neftçi” səfərdə “Sumqayıt”la münasibətlərinə aydınlıq gətirib. Komandalar meydanı hərəyə 1 qol və 1 xalla tərk ediblər.

Turun və dövrənin son matçında isə “Sabah” lider “Qarabağ”la üz-üzə gəlib. Üç qolun qeydə alındığı bu oyunda isə Ağdam təmsilçisi qələbəni bayram edib.

İlk oyun günündə “Keşlə” səfərdə “Səbail”ə 2:1 qalib gəlib. “Qəbələ” – “Zirə” matçında isə qalib müəyyənləşməyib – 1:1.

Azərbaycan Premyer Liqası
7-ci tur
17 oktyabr

“Sumqayıt” – “Neftçi” 1:1
Qol: M.Xaçayev, 50 – S.Buqrin, 54.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Allahverdiyev
Sumqayıt. “Kapital Bank Arena”, 16:30.

Sumqayıt: 13. Aydın Bayramov, 17. Murad Xaçayev, 6. Vüqar Mustafayev (k), 10. Rəhim Sadıxov, 7. Tellur Mütəllimov, 9. Əli Qurbani, 2. Dmitro Nağıyev, 4. Höccət Haqverdi, 33. Eltun Turabov, 5. Camaləddin Xocaniyazov, 11. Rüfət Abdullazadə.
Ehtiyat oyunçular: 71. Hüseynəli Quliyev, 25. İlnur Valiev, 3. Vurğun Hüseynov, 18. Süleyman Əhmədov, 30. Nəbi Məmmədov, 60. Elvin Məmmədov, 74. Yusif Nəbiyev, 23. Səid Rza, 19. Xəzər Mahmudov, 8. Səbuhi Abdullazadə, 27. Nihad Ağayev.
Baş məşqçi: Ayxan Abbasov.
Neftçi: 30. Aqil Məmmədov, 26. Ömər Buludov, 8. Emin Mahmudov (k), 97. Xəyal Nəcəfov, 6. Voyislav Stankoviç, 24. Yusuf Laval, 29. Sabir Buqrin, 4. Huqo Basto, 9. Tiaqo Bezerra, 36. Mamadu Kane, 20. Mert Çelik.
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 22. Mirabdulla Abbasov, 3. Mamadu Mbodj, 10. Sezar Meza Kolli, 11. Harramiz Soares, 14. Romen Bask, 91. Ramon Maçado, 21. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 37. Vüsal Əsgərov.
Baş məşqçi: Samir Abasov.

“Sabah” – “Qarabağ” 1:2
Qol: A.İsayev, 65 – F.Ozobiç, 44. A.Zubir, 51.
Qırmızı vərəqə: X.S.Rodriqes, 27.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Allahverdiyev
Masazır. “Bank Respublika Arena”, 18:45.

Sabah: 1. Səlahət Ağayev (k), 10. Aleksey İsayev, 34. Bəxtiyar Həsənalızadə, 4. Elvin Camalov, 9. Xulio Sezar Rodriqes, 26. Fofana Tiemoko, 3. Zurab Oçiqava, 20. Coy-Lens Mikels, 55. Şpiro Periçiç, 5. Arsen Ağcabəyov, 66. Abdulah Xaybulaev.
Ehtiyat oyunçular: 16. Saşa Stamenkoviç, 32. Rustəm Samiqullin, 24. Mixeil Erqemlidze, 7. Petar Şkuletiç, 21. İldar Alekperov, 77. Veysəl Rzayev. 29. Ceyhun Nuriyev, 70. Təbriz İsazadə, 33. Camal Cəfərov, 13. Abdulla Rzayev, 87. Nazim Həsənzadə.
Baş məşqçi: Ramin Quliyev.
Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 30. Abbas Hüseynov, 19. Filip Ozobiç, 7. Riçard Almeyda, 10. Abdullah Zubir, 81. Kevin Medina, 6. Patrik Andrade, 20. Kadi Borges, 25. İbrahima Vadji, 27. Toral Bayramov.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 89. Amin Ramazanov, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 77. Ramil Şeydayev, 13. Bəhlul Mustafazadə, 29. Marko Veşoviç, 22. Musa Qurbanlı, 28. Hüseyn Hüseynzadə, 83. Nihad Quliyev.
Baş məşqçi: Qurban Qurbanov.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest