Misirli hücumçu Məhəmməd Salah "Liverpul"da 131-ci qolunu vurub. Matc.az xəbər verir ki, 28 yaşlı futbolçu bu göstəriciyə 210-cu oyununda çatıb.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Salah bununla da, "Liverpul"da bombardirlər siyahısında 10-cu pilləyə yüksəlib.
 
Salah "Brentford"la 3:3 hesabıyla bitən matçda komandasının ikinci qolunu vurub.
 
Misirli hücumçu "Liverpul"la Premyer Liqada 100, çempionlar Liqasında 27, Federasiya kubokunda isə 4 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest