Bu gün Aç-2020-yə yekun vurulub. Matc.az xəbər verir ki, qitə birinciliyinin finalında İtaliya və İngiltərə yığmaları üz-üzə gəlib.

Londondakı "Uembli" stadionunda baş tutan həlledici görüşü Niderlanddan olan FİFA referisi Byörn Kuypers idarə edib.

Qeyd edək ki, İngiltərə yığması tarixində ilk dəfə Avropa çempionatında finala yüksəlmişdi. İtaliya millisi isə ikinci dəfə qitə çempionu ola bilərdi. İlk dəfə 1968-ci ildə Avropanın ən güclüsü olmuş italyanlar, 53 illik həsrətə son qoymağı hədəfləmişdilər. Bu komanda Aç-2000 və Aç-2012-də də finalda uduzmuşdu.

Final matçında hesabı ilk dəqiqələrdə ingilislər açıblar. Amma italyanlar ikinci hissədə buraxılan qolun əvəzini çıxa biliblər. Başqa qol olmadığından, əsas vaxt heç-heçə bitib. Əlavə vaxtda da hesab dəyişmədiyindən, qalibi müəyyənləşdirmək üçün penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən İtaliya yığması tarixində ikinci dəfə Avropa çempionu olub.

Aç-2020
Final
11 iyul

İtaliya – İngiltərə 1:1 (penaltilər 3:2)
Qol: L.Bonuççi, 67 – L.Şou, 2.
Baş hakim: Byörn Kuypers (Niderland).
London. "Uembli" stadionu.

İtaliya: 21. Canluici Donnarumma, 2. Covanni Di Lorentso, 3. Corco Kyellini (k), 6. Marko Verratti, 8. Jorjinyo, 10. Lorentso İnsinye, 13. Emerson, 14. Federiko Kyeza, 17. çiro İmmobile, 18. Nikola Barella, 19. Leonardo Bonuççi.
İngiltərə: 1. Cordan Pikford, 2. Kayl Uolker, 3. Lyuk Şou, 4. Deklan Rays, 5. Con Stounz, 6. Harri Maquayr, 9. Harri Keyn (k), 10. Rahim Sterlinq, 12. Kiran Trippyer, 14. Kelvin Fillips, 19. Meyson Maunt.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest