İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt Aç-2020-nin yarımfinalında Danimarkaya qalib gələrək finala yüksəldikləri matçdan (2:1) sonra fikirlərini bildirib. Matc.az xəbər verir ki, 50 yaşlı mütəxəssis hiss etdiyi duyğuları sözlə izah etməkdə çətinlik çəkdiyini bildirib: "çox gərgin oyun olacağını bilirdim, amma sona qədər vəzifəmizi yerinə yetirəcəyimizə inanırdım. Danimarkanın böyük komanda olduğu heç kimə sirr deyil. Dünyanın hər yerindən çoxlu dəstək alıblar".
 
Sautqeyt yığmanın çıxışından razı qaldığını bildirib: "Komandamın oyunundan çox məmnunam. Futbolçularımın nail olduğu ən vacib şey rəqiblərin təzyiq etdiyi anlarda çaxnaşmaya düşməmələridir. Nəticə etibarilə ölkəmizdəki azarkeşlər bu gözəl axşamın sonunda sevindilər. Penalti epizodunu görmədim. Ona görə də bu epizodu qiymətləndirə bilmirəm. VAR var. Bu səbəbdən mənə elə gəlir ki, hakim qərarı düzgündür. Bu matçda azarkeşlərimizin böyük rolu oldu".
 
İngiltərəli çalışdırıcı iyulun 11-də İtaliyaya qarşı keçirəcəkləri final görüşündən də danışıb: "Finala çıxmışıq ki, orada da qalib gələk. Yenidən hazırlaşacağıq. Finala qədər bərpa olunmalıyıq. çünki bu oyun çox çətin keçdi və çoxlu güc sərf etdik. İtaliya da çətinlik çəkdi. Amma onların hazırlaşmaq üçün əlavə bir günü var".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest