Futbol üzrə Avropa çempionatı davam edir. Matc.az xəbər verir ki, bu gün daha üç qarşılaşma baş tutub.

Əvvəlcə D qrupu çərçivəsində Şotlandiya və çexiya yığmaları üz-üzə gəlib. çexiya yığması bu oyundan inamlı qələbə ilə ayrılıb.

Günün ikinci matçı E qrupunda Polşa və Slovakiya yığmaları arasında baş tutub. üç qolluq qarşılaşma slovakların qələbəsiylə yekunlaşıb. Qrupun digər oyununda isə İspaniya və İsveç milli komandaları qarşılaşıb və qolsuz heç-heçəyə razılaşıblar.

Aç-2020
14 iyun

D qrupu

Şotlandiya – çexiya 0:2
Qol: P.Şik, 42; 52.
Baş hakim: Daniel Zibert (Almaniya).
Qlazqo. Hampden Park stadionu.

Şotlandiya: 1. David Marşall, 2. Stiven O`Donnell, 3. Endryu Robertson (k), 4. Skott Maktominay, 5. Qrant Heynli, 7. Con Makqinn, 9. Lindon Dayks, 11. Rayan Kristi, 16. Liam Kuper, 17. Stüart Artmstronq, 24. Cek Hendri.
çexiya: 1. Tomaş Vatslik, 3. Andrey çelustka, 5. Vladimir çoufal, 6. Tomaş Kalas, 8. Vladimir Darida (k), 10. Patrik Şik, 12. Lukas Masopust, 14. Yakub Yankto, 15. Tomaş Souçek, 18. Yan Boril, 21. Aleks Kral.

E qrupu

Polşa – Slovakiya 1:2
Qol: K.Linetti, 46 – V.Şesnı, 18-öz qapısına. M.Şkrinyar, 69.
Qırmızı vərəqə: Q.Krıxovyak, 62 (ikinci sarı).
Baş hakim: Ovidiu Hateqan (Rumıniya).
Sankt-Peterburq. Yeni Zenit stadionu.

Polşa: 1. Voyçex Şesnı, 5. Yan Bednarek, 8. Karol Linetti, 9. Robert Levandovski (k), 10. Qreqor Krıxovyak, 13. Maçey Rıbus, 14. Mateuş Klix, 15. Kamil Qlik, 18. Bartoş Bereşinski, 20. Pyotr Zelinski, 21. Kamil Yuzvyak.
Slovakiya: 1. Martin Dubrovka, 2. Peter Pekarik, 5. Lubomir Şatka, 8. Andrey Duda, 14. Milan Şkrinyar, 15. Tomaş Huboçan, 17. Marek Hamşik (k), 18. Lukaş Haraslin, 19. Yuray Kuçka, 20. Robert Mak, 25. Yakub Hromada.

İspaniya – İsveç 0:0
Baş hakim: Slavko Vinçiç (Sloveniya).
Sevilya. Olimpiya stadionu.

İspaniya: 23. Unai Simon, 4. Pau Torres, 6. Markos Lyorente, 7. Alvaro Morata, 8. Koke, 11. Ferran Torres, 16. Rodri, 18. Jordi Alba (k), 19. Dani Olmo, 24. Aymerik Laporte, 26. Pedri.
İsveç: 1. Robin Olsen, 2. Mikael Lustiq, 3. Viktor Lindelöf, 6. Lüdviq Auqustinsson, 7. Sebastyan Larsson (k), 8. Albin Ekdal, 9. Markus Berq, 10. Emil Forsberq, 11. Aleksandr İsak, 20. Kristoffer Olsson, 24. Markus Danielson.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest