Almaniyanın "Borussiya" klubunun yarımmüdafiəçisi Marko Roys bu yay təşkil olunacaq Avropa çempionatında oynamaqdan imtina edib.
 
Matc.az xəbər verir ki, bu barədə alman futbolçu sosial şəbəkə hesabında paylaşım edib.
 
Dortmund təmsilçisinin kapitanı istirahətə ehtiyacının olduğunu bildirib. O, yeni mövsümə daha yaxşı başlamaq istədiyi üçün Aç-2020-də iştirak etməyəcəyini bildirib.
 
Marko Roys 2011-ci ildən dəvət aldığı Almaniya millisində 44 oyuna çıxıb. 31 yaşlı futbolçu oyunlarda 13 qolla yadda qalıb. O, 2012-ci ildən Dortmund "Borussiya"sının uğurları üçün çalışır.
 
Aç-2020 bu il 11 iyun – 11 iyul aralığında keçiriləcək. Almaniya yığması turnirdə Fransa, Macarıstan və Portuqaliya milli komandaları ilə qarşılaşacaq.
 
Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin bir oyununa ev sahibliyi edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest