Aç-2020 könüllülərinin Bakı Olimpiya Stadionunda təlimlərinə start verilib.
 
Matc.az xəbər verir ki, hər gün müxtəlif sahələrdə fəaliyyət göstərəcək könüllülər üçün ümumi təlimlər təşkil olunur.
 
Gün ərzində 4 qrup üzrə (hər birində 45 nəfər olmaqla) ümumilikdə 230 könüllü təlimlərdə iştirak edir. ümumi təlimlərdən sonra roll təlimləri təşkil olunacaq.
 
Xatırladaq ki, bundan əvvəl Dç-2018-in könüllülər üzrə koordinatoru və beynəlxalq təlimçi Liza Usmanova Aç-2020 könüllüləri üçün onlayn təlimlər keçib.
 
Qeyd edək ki, 10 gün ərzində hər gün 2 dəfə olmaqla, 100 nəfərlik qruplarda təlimlər davam etdirilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest