"Real"ın futbolçusu Kərim Benzema Aç-2020-də iştirak edəcək Fransa milli komandasına dəvət ala bilər.
 
Matc.az xəbər verir ki, bu barədə "Lequipe" nəşri məlumat yayıb.
 
Fransa yığmasının baş məşqçisi Didye Deşam Fransa Futbol Federasiyası rəhbərliyi ilə Benzemanın milliyə mümkün qayıdışını müzakirə edəcək. 33 yaşlı hücumçu ilə bağlı son qərarın sabah veriləcəyi bildirilir.
 
Benzema bu mövsüm "Real"la 45 oyunda 29 qol vurub. Fransalı hücumçu daha əvvəl yığmada 81 oyuna çıxıb.
 
2015-ci ildə Benzema komanda yoldaşı Matye Valbuenanı intim video ilə şantaj edən qrupla əlaqədə olmaqda ittiham olunub. Hücumçu bu qalmaqaldan sonra Fransa yığmasından uzaqlaşdırılıb.
 
Aç-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir. Fransa yığması turnirdə Almaniya, Macarıstan və Portuqaliya milli komandaları ilə qarşılaşacaq.
 
Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə – Uels, Türkiyə – Uels və Türkiyə – İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin bir oyununa ev sahibliyi edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest