İtaliyanın "Milan" klubunun hücumçusu Zlatan İbrahimoviç bu yay təşkil olunacaq Avropa çempionatında iştirak edə bilməyəcək.
 
Matc.az xəbər verir ki, bu barədə İsveç Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
 
Xəbərdə 39 yaşlı futbolçunun zədədən əziyyət çəkdiyi diqqətə çatdırılıb. O, İtaliya çempionatının 35-ci turunda "Yuventus"u səfərdə 3:0 hesabı ilə məğlub etdikləri görüşdə xəsarət alıb. Zlatan millinin baş məşqçisi Yanne Anderssonla əlaqə saxlayaraq zədəyə görə Aç-2020-də iştirak edə bilməyəcəyini söyləyib.
 
Qeyd edək ki, Zlatan İbrahimoviç 2020-ci ildən "Milan"da çıxış edir. Təcrübəli futbolçu bu mövsüm bütün turnirlər çərçivəsində meydana çıxdığı 27 oyunda 17 qola imza atıb. O, İsveç yığmasında indiyə qədər 118 oyuna çıxıb, 62 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest