Azərbaycan triatlonçusu Rostislav Pevtsov İspaniyanın Melilla şəhərində keçirilən Avropa Kuboku yarışlarında 6-ci olub.
 
Matc.az xəbər verir ki, idmançimiz 68 triatlonçunun mübarizə apardığı yarışı 49 dəqiqə 42 saniyəlik nəticə ilə başa vurub.
 
Pevtsov 750 metrlik su məsafəsini 9 dəqiqə 35 saniyəyə qət edib. Ardınca idmançımız 20 kilometrlik velodistansiyanı 24 dəqiqə 47 saniyəyə başa vurub. Nəhayət, yarışların sonuncu mərhələsi - 5 kilometrlik qaçış zolağını Rostislav 13 dəqiqə 51 saniyə nəticə ilə tamamlayıb.
 
Hazırda Azərbaycan təmsilçisi "Tokio 2020" Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq üçün mübarizə aparır. Bu baxımdan Avropa Kuboku müəyyən mənada 2020-ci ilin Olimpiya Oyunlarına hazırlıq olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest