15 Aprel 2021, 12:33
                
                
                
                                ÇEMPİONLAR LİQASI 
                                
                
               
              
				 
 
	Futbol üzrə UEFA çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində keçirilən "Liverpul" (İngiltərə) - "Real" (İspaniya) matçından əvvəl xoşagəlməz hadisə yaşanıb.
	Matc.az xarici mətbuata istinadən xəbər verir ki, "Liverpul" klubunun azarkeşləri, qarşılaşmanın keçirildiyi stadiona gələn "Real" klubunun üzvlərini daşıyan avtobusunu daşa basıblar.
	Hadisə nəticəsində xəsarət alan olmayıb, lakin avtobusun şüşəsi sınıb.
	"Liverpul" – "Real" matçı qolsuz bərabərliklə bitib. İlk oyunda rəqibini 3:1 hesabıyla məğlub edən "Real" çempionlar Liqasının yarımfinal mərhələsinə yüksələn tərəf olub.


            
 










_1762260863.jpg)