"Sabah"ın kollektivi Premyer Liqanın 22-ci turu çərçivəsində "Səbail"lə ev oyunundan öncə koronavirus testindən keçib.
 
Matc.az xəbər verir ki, Masazır təmsilçisinini hücumçusu Amadu Diallonun COVİD-19 testi pozitiv çıxıb.
 
Bu barədə paytaxt təmsilçisinin mətbuat xidmətindən məlumat verilib. 26 yaşlı fransalı futbolçu karantinə alınıb və qarşıdakı oyunlarda komandasına kömək edə bilməyəcək.
 
Qeyd edək ki, bu gün keçiriləcək "Sabah" – "Səbail" matçına saat 18:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest