İngiltərənin “Mançester Siti” klubu UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb.
 
Matc.az xəbər verir ki, “şəhərlilər” buna qitənin ən nüfuzlu klub turnirinin 1/4 finalı çərçivəsində baş tutan Dortmund “Borussiya”sı ilə ilk oyunda nail olublar.
 
Mançester təmsilçisi qarşılaşmanın 19-cu dəqiqəsində Kevin de Breynenin vurduğu qol sayəsində hesabı açıblar. “Mançester Siti” məhz bu qolla ÇL-də yeni rekord müəyyənləşdirib. Sözügedən komanda öz qapısını toxunulmaz saxlamaq şərtilə ardıcıl ən çox qol vuran kollektivə çevrilib. De Breynenin vurduğu qol bu baxımdan 18-ci olub.
 
Qeyd edək ki, “Mançester Siti” bu oyundan 2:1 hesabıyla qalib ayrılıb. Tərəflər arasındakı cavab görüşü bir həftə sonra Dortmundda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest