Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi çempionlar Turunun 4-cü mərhələsində finalçıların adına aydınlıq gəlib.
 
Matc.az xəbər verir ki, "Magnus Carlsen Invitational" adlanan yarışın finalında rusiyalı Yan Nepomnyaşi ilə Niderland təmsilçisi Aniş Giri üz-üzə gələcək.
 
Həlledici görüşlər martın 20-si və 21-də keçiriləcək.
 
Qeyd edək ki, Nepomnyaşi yarımfinalda turnirin təşkilatçısı – Norveç təmsilçisi Maqnus Karlseni üstələyibsə, Aniş Giri də ABŞ təmsilçisi Uesli Soya qalib gəlib.
 
Yarımfinal
 
Maqnus Karlsen (Norveç) - Yan Nepomnyaşi (Rusiya) - 2,5:1,5 (tay brek - 0,5:1,5)
İlk görüş - 1,5:2,5
 
Aniş Giri (Niderland) - Uesli So (ABŞ) - 2,5:1,5
İlk görüş - 2,5:1,5
 
Qeyd edək ki, turnirin ümumi mükafat fondu 220 min ABŞ dollarıdır. Qalib şahmatçı 60 000, finalçı 40 000, 3-cü yerin sahibi isə 25 000 ABŞ dolları qazanacaq. Yarış martın 21-də yekunlaşacaq.
 
Bu mərhələdə Azərbaycan təmsilçilərindən Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov mübarizəni təsnifatdaca dayandırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest