19 Mart 2021, 15:23
                
                
                
                                ÇEMPİONLAR LİQASI 
                                
                
               
              
				 
 
Bu gün futbol üzrə UEFA çempionlar Liqasında 1/4 final və yarımfinal mərhələsinin püşkü atılıb.
	Matc.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbirə saat 15:00-da start verilib.
	Püşkdə eyni ölkənin komandaları da bir-birinə rəqib ola bilərdilər. Yekunda İngiltərənin "Mançester Siti" komandası Almaniya "Borussiya"sına rəqib olub. "Real" "Liverpul"la, "Bavariya" PSJ ilə qarşılaşacaq.
	Qeyd edək ki, 1/4 finalın ilk oyunları 6-7 apreldə, cavab qarşılaşmaları isə 13-14 apreldə gerçəkləşəcək. Yarımfinalın ilk görüşləri 27-28 apreldə, cavab qarşılaşmaları 4-5 mayda olacaq.
	UEFA çempionlar Liqası
	1/4 final
	Mançester Siti (İngiltərə) – Borussiya (Dortmund, Almaniya)
	Portu (Portuqaliya) – çelsi (İngiltərə)
	Bavariya (Almaniya) – PSJ (Fransa)
	Real (İspaniya) – Liverpul (İngiltərə)
	Yarımfinal
	Bavariya (Almaniya)/PSJ (Fransa) – Mançester Siti (İngiltərə)/Borussiya (Dortmund, Almaniya)
	Real (İspaniya)/Liverpul (İngiltərə) – Portu (Portuqaliya)/çelsi (İngiltərə)
				
         	
                                             
               
            
 










_1762260863.jpg)