Azərbaycana xaricdən daxil olan və ölkədə yaşayan şəxslərdən alınan nümunələrdə mütəmadi olaraq "Sars Cov-2" genom analizləri edilərək şübhəli variantlar təqib olunur. Matc.az xəbər verir ki, bu barədə Milli Hematologiya və Transfuziologiya Mərkəzindən bildirilib.
 
Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Genetik Diaqnoz Mərkəzində "Sars Cov-2" genom analizi edilən üç nümunədə 501Y.V1, B.1.1.7 (Britaniya variantı) aşkar edilib.
 
Qeyd edək ki, Azərbaycanda koronovirus əleyhinə istifadə olunan "Coronavac" vaksini yeni ştammlara qarşı da effektivdir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest