18 Mart 2021, 12:10
                
                
                
                                ÇEMPİONLAR LİQASI 
                                
                
               
              Almaniya nəhəngi bununla qitənin ən nüfuzlu klub turnirində mütləq rekordçuya çevrilib. Əvvəlki rekord İspaniyanın "Barselona" klubuna məxsus idi. 1/8 finalda Fransa çempionu PSJ-yə iki oyunun nəticəsinə əsasən məğlub olan (1:4, 1:1) Kataloniya təmsilçisi ÇL-də 18 dəfə 1/4 finala vəsiqə qazanıb.
				 
 
	Almaniyanın "Bavariya" klubu UEFA çempionlar Liqasında (çL) yeni rekorda imza atıb.
	Matc.az xəbər verir ki, Münhen təmsilçisi 1/8 finalda İtaliyanın "Latsio" klubunu mübarizədən kənarlaşdırmaqla (4:1, 2:1) tarixində 19-cu dəfə çL-in 1/4 finalına yüksəlib.
	Almaniya nəhəngi bununla qitənin ən nüfuzlu klub turnirində mütləq rekordçuya çevrilib. Əvvəlki rekord İspaniyanın "Barselona" klubuna məxsus idi. 1/8 finalda Fransa çempionu PSJ-yə iki oyunun nəticəsinə əsasən məğlub olan (1:4, 1:1) Kataloniya təmsilçisi çL-də 18 dəfə 1/4 finala vəsiqə qazanıb.
	Qeyd edək ki, çempionlar Liqasında 1/4 final mərhələsinin püşkü martın 19-da atılacaq.
				
         	
                                             
               
            
 










_1762260863.jpg)