Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi çempionlar Turunun 4-cü mərhələsində yarımfinalçılar bəlli olub.
 
Matc.az xəbər verir ki, "Magnus Carlsen Invitational" adlanan yarışda finala vəsiqə uğrunda Aniş Giri (Niderland), Uesli So (ABŞ), Yan Nepomnyaşi (Rusiya) və Maqnus Karlsen özü mübarizə aparacaq.
 
Qeyd edək ki, bu mərhələnin görüşləri 18 - 19 martda oynanılacaq.
 
1/4 final
 
Maqnus Karlsen (Norveç) - Levon Aronyan (Ermənistan) - 2:1
İlk görüş - 2,5:0,5
 
Yan Nepomnyaşi (Rusiya) - Hikaru Nakamura (ABŞ) - 2,5:0,5
İlk görüş - 2:2
 
Uesli So (ABŞ) - Alireza Firuzca (FIDE) - 2,5:0,5
İlk görüş - 2,5:0,5
 
Maksim Vaşye-Laqrav (Fransa) - Aniş Giri (Niderland) - 1:3
İlk görüş - 2:2
 
Qeyd edək ki, Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov bu turnirin təsnifat mərhələsində mübarizəni dayandırıblar.
 
Turnirin ümumi mükafat fondu 220 min ABŞ dollarıdır. Qalib şahmatçı 60 000, finalçı 40 000, 3-cü yerin sahibi isə 25 000 ABŞ dolları qazanacaq. Yarış martın 21-də yekunlaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest