Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi çempionlar Turunun 4-cü mərhələsində ikinci oyun gününə yekun vurulub.
 
Matc.az xəbər verir ki, "Magnus Carlsen Invitational" adlanan yarışda Azərbaycan təmsilçiləri Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov bu gün daha 5 görüş keçiriblər.
 
Məmmədyarov 6-cı turda FİDE bayrağı altında çıxış edən Alireza Firuzcaya, 7-ci turda Maqnus Karlsenə, 8-ci turda ispaniyalı David Antona uduzub. 9-cu turda isveçli Nils Qrandeliusa qalib gələn Şəhriyar, 10-cu turda da Niderland təmsilçisi Aniş Giriyə məğlub olub.
 
Teymur isə günü qələbəsiz başa vurub. O, ilk 3 partiyada ABŞ-dan olan Hikaru Nakamura, niderlandlı Yorden van Forest və fransalı Maksim Vaşye-Laqravla sülh bağlayıb. 9-cu turda Alireza Firuzcaya məğlub olan Rəcəbov, 10-cu turda Maqnus Karlsenlə heç-heçə edib.
 
6-cı tur
Şəhriyar Məmmədyarov - Alireza Firuzca (FIDE) - 0:1
Teymur Rəcəbov - Hikaru Nakamura (ABŞ) - 0,5:0,5
 
7-ci tur
Yorden van Forest (Niderland) - Teymur Rəcəbov - 0,5:0,5
Maqnus Karlsen (Norveç) - Şəhriyar Məmmədyarov - 1:0
 
8-ci tur
Şəhriyar Məmmədyarov - David Anton (İspaniya) - 0:1
Teymur Rəcəbov - Maksim Vaşye-Laqrav (Fransa) - 0,5:0,5
 
9-cu tur
Alireza Firuzca (FIDE) - Teymur Rəcəbov - 1:0
Nils Qrandelius (İsveç) - Şəhriyar Məmmədyarov - 0:1
 
10-cu tur
Aniş Giri (Niderland) - Şəhriyar Məmmədyarov - 1:0
Teymur Rəcəbov - Maqnus Karlsen (Norveç) - 0,5:0,5
 
Qeyd edək ki, turnirin ümumi mükafat fondu 220 min ABŞ dollarıdır. Qalib şahmatçı 60 000, finalçı 40 000, 3-cü yerin sahibi isə 25 000 ABŞ dolları qazanacaq. Yarış martın 21-də yekunlaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest