Azərbaycanın şose velosipedi üzrə U-23 yığmasıın üzvü Ayan Xankişiyeva ilin sonunadək İsveçrənin Eqle şəhərində yerləşən Dünya Velosiped Mərkəzində (WCC - World Cycling Centre) təlim keçəcək.
 
Matc.az xəbər verir ki, bu barədə Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) və Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) arasında razılıq əldə olunub.
 
Martın 8-dən etibarən İsveçrədə olan idmançımız burada hazırlıq proseslərində iştirak edəcək. O, Dünya Velosiped Mərkəzinin komandasının heyətində beynəlxalq yarışlara qatılmaqla öz ustalıq səviyyəsini artıracaq.
 
Onu da bildirək ki, Beynəlxalq Velosipedçilər İttifaqı hər il planetin müxtəlif ölkələrindən məhdud sayda gənc və perspektivli idmançıları xüsusi seçim əsasında Dünya Velosiped Mərkəzinə cəlb edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest