11 Mart 2021, 12:58
                
                
                
                                ÇEMPİONLAR LİQASI 
                                
                
               
              
				 
 
	Futbol üzrə UEFA çempionlar Liqasının 1/8 final mərhələsində Fransanın PSJ klubu ilə cavab qarşılaşması İspaniyanın "Barselona" klubu üçün antirekordlarla əlamətdar olub.
	Matc.az xəbər verir ki, ilk oyunda 1:4 hesabıyla uduzmuş Kataloniya təmsilçisi səfərdəki 1:1 hesablı heç-heçə nəticəsində mübarizəni dayandırmalı olub.
	Bununla da "Barselona" 2006/07 mövsümündən sonra ilk dəfə 1/8 finalda dayanıb. Komanda həmin vaxtdan ardıcıl 13 mövsüm idi 1/4 finala vəsiqə qazanırdı.
	Qarşılaşma "Barselona"nın ulduz futbolçusu Lionel Messi üçün də antirekordla yadda qalıb. 34 yaşlı hücumçu 2015-ci ildən sonra ilk dəfə çempionlar Liqasında penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib. 6 il əvvəl argentinalı oyunçunun zərbəsini İngiltərənin "Mançester Siti" klubunun sabiq qapıçısı Co Hart, PSJ ilə matçda isə Keylor Navas dəf edib.
	Həmçinin 2005-ci ildən sonra qitənin bir nömrəli klub turnirinin 1/4 finalında nə Kristiano Ronaldo, nə də Lionel Messi iştirak edəcək. Ronaldonun formasını geyindiyi "Yuventus" (İtaliya) da Portuqaliyanın "Portu" klubu ilə mübarizədən məğlub ayrılıb.
				
         	
                                             
               
            
 










_1762260863.jpg)