"Sumqayıt"la oyunlarımız gərgin keçir. Bu dəfə də elə oldu. Fikrimcə, nəticə ədalətli idi. Təbii ki, xal fərqini artırmaq istəyirdik. Amma alınmadı"

"Zirə"nin futbolçusu İlkin Muradovun müsahibəsi

- "Sumqayıt"la heç-heçəni uğurlu nəticə hesab edirsiniz?
- Oyuna qələbə əzmi ilə çıxmışdıq. "Sumqayıt"la xal fərqini daha da artırmaq istəyərdik. Qalib gələ bilməsək də, məğlub da olmadıq. Bir xal bizim üçün çox önəmli idi.

- Qələbə qazanmağınıza nə mane oldu?
- "Sumqayıt"la oyunlarımız gərgin keçir. Bu dəfə də elə oldu. Fikrimcə, nəticə ədalətli idi. Təbii ki, xal fərqini artırmaq istəyirdik. Amma alınmadı.

- Komandanın bombardiri Davit Volkovun 8 həftəlik sıradan çıxması "Zirə"nin nəticələrinə təsir edəcək?
- Davit Volkov komandamızın əsas oyunçularından biridir, bizə çox kömək edir. Amma Davit olmasa belə, onu əvəz edə biləcək futbolçularımız var. Çox istərdim ki, tez zamanda sağalıb komandamıza kömək etsin.

- Bu mövsüm diqqət mərkəzində olan oyunçulardan birisiniz. Bir futbolçu kimi hədəfiniz nədir?
- Bu mövsüm diqqət mərkəzində olmağım həm baş məşqçimiz Rəşad Sadıqovun komandaya gəlişi, həm də çəkdiyim əziyyətin nətcəsidir deyə bilərəm. Hədəfim bir idmançı, bir futbolçu kimi daha yüksəklərdə olmaqdır.

- Gənclərin əksəriyyəti "Neftçi"də və ya "Qarabağ"da çıxış etmək istəyir. Sizin hədəfiniz harada oynamaqdır?
- Xaricdə çıxış edib, ölkəmizin adını ucaltmaq istəyirəm.

- "Zirə" çempion ola bilərmi?
- Çempionluq haqda indi nəsə demək üçün çox tezdir. Mövsümün sonuna hələ xeyli vaxt var.

- "Neftçi"yə qarşı oyunlar sizin üçün nə dərəcədə xüsusidir? "Neftçi" niyə "Zirə"nin öhdəsindən gələ bilmir?
- Nəinki "Neftçi", bütün komandalara qarşı oyunlar mənim üçün dəyərlidir. "Neftçi" "Zirə"nin öhdəsindən gələ bilərmi" sualınıza nəsə deyə bilmərəm. İstənilən halda biz meydana uğur qazanmaq üçün çıxırıq.

- Qarşıdan "Qarabağ"la oyun gəlir. Bu görüşdən nə gözləyirsiniz? Niyə komandalar bu rəqiblə görüşlərdə xüsusi nə iləsə yadda qala bilmirlər?
- Digər oyunlar kimi "Qarabag"la oyun bizim üçün vacibdir. Təbii ki, 3 xalı qazanmaq üçün oyuna çıxacağıq. İnanıram ki, hər şey bizim üçün yaxşı olacaq. fanat.az

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest