PSJ-nin italiyalı futbolçusu Marko Veratti model sevgilisi Jessica Aidi ilə qış tətilinə çıxıb. Matc.az xəbər verir ki, məşhur yarımmüdafiəçinin həyat yoldaşı ilə çəkdirdiyi fotoşəkillər İtaliya mətbuatında gündəm olub.

Qış fasiləsindən yararlanan Veratti xanımı ilə dağ idmanıyla məşhur olan Fransanın Şamonix qəsəbəsinə yollanıb. Gözəlliyi ilə diqqət çəkən Aidinin soyuq havada çılpaq pozaları İtaliya mediasında ən çox müzakirə edilən mövzulardan idi.

Bununla belə, media cütlükdən koronavirus epidemiyası səbəbiylə daha diqqətli olmalarını istədi.

Qeyd edək ki, Jessica Aidi Amerikada və dünyada məşhur bir model agentliyində çalışır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest