Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq siyahısını açıqlayıb.
 
Matc.az FİDE-nin rəsmi saytına istinadən xəbər verir ki, ilk "10-luq"da Azərbaycandan da iki şahmatçı yer alıb.
 
Şəhriyar Məmmədyarov bir pillə irəliləyərək 2770 xalla 8-ci olub. 9-cu sıradakı ABŞ təmsilçisi Uesli Sonun da eyni xalı var. 2765 xalı olan Dünya Kubokunun qalibi Teymur Rəcəbov isə 10-cu yerdə qalıb.
 
Qədir Hüseynov (2665) və Nicat Abbasov (2664) bir pillə geriləyiblər. Onlar müvafiq olaraq, 72 və 75-ci yerlərdə qərarlaşıblar. Rauf Məmmədov (2654) isə 3 pillə geriləyərək 90-cı olub.
 
Siyahıda ilk "üçlük" dəyişməyib. Norveçli dünya çempionu Maqnus Karlsen (2847) birinci, Fabiano Karuana (ABŞ, 2820) ikinci, Dinq Liren (çin, 2791) üçüncüdür.
 
Qadın şahmatçılardan Günay Məmmədzadə 1 pillə geriləyərək 2443 xalla 29-cudur. 1 pillə irəliləyən Gülnar Məmmədova 2382 xalla 79-cu sıradadır. 2376 xalı olan Xanım Balacayeva isə 89-cu pillədəki mövqeyini qoruyub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest