Futbol üzrə İtaliya A Seriyasının 24-cü turu çərçivəsində keçirilməli olan "Torino" - Sassuolo" matçı təxirə salınıb.
 
Matc.az xəbər verir ki, sözügedən qarşılaşmanın fevralın 26-da Turində keçirilməsi nəzərdə tutulmuşdu.
 
Lakin "Torino"da koronavirusa kütləvi yoluxma səbəbindən bu oyunun keçirilməsi mümkün olmayacaq. Bu üzdən də matçın martın 17-nə təxirə salınması qərara alınıb. Bu barədə turnirin rəsmi saytı məlumat yayıb.
 
İtaliya mətbuatının yazdığına görə, "Torino"da son günlərdə 9 nəfərdən götürülmüş COVİD-19 testinin nəticəsi pozitiv çıxıb. Onlardan yeddisi futbolçu, ikisi isə texniki heyətdəndir.
 
Kütləvi yoluxma səbəbindən "Torino" məşqlərini də dayandırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest