Futbol üzrə Avropa Liqasında ilk 1/8 finalçı bəlli olub.
 
Matc.az xəbər verir ki, bu gün 1/16 final mərhələsinin bir cavab görüşü keçirilib.
 
İlk oyun günündə “Tottenhem” İngiltərədə Avstriyanın “Volfsberger” klubu ilə üz-üzə gəlib.
 
London təmsilçisi bu oyunda da darmadağınla qalib gələrək növbəti mərhələyə yüksəlib. Xatırladaq ki, pandemiya səbəbindən Macarıstanın paytaxtı Budapeştdə baş tutan ilk görüşdə də “Tottenhem” böyük hesabla qələbə qazanmışdı.
 
Qeyd edək ki, bu mərhələnin digər cavab görüşləri fevralın 25-də baş tutacaq.
 
Avropa Liqası
1/16 finalın cavab oyunu
24 fevral
 
Tottenhem - Volfsberger 4:0 (ilk oyun - 4:1)
Qol: D.Alli, 11. K.Vinisius, 50; 83. Q.Beyl, 73.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest