"Neftçi" Azərbaycan Premyer Liqasının XVII turunun "Zirə" ilə matçına itki ilə çıxacaq.
 
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Rüstəm Allahverdiyev "Report"a açıqlamasında məlumat verib.
 
"Qarabağ"la XV tur qarşılaşmasında (2:1) birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyunluq cəzalandırılan müdafiəçi ömər Buludovun sabahkı görüşdə iştirak etməyəcəyi dəqiqdir. Zədəsini yenicə sağaltmış yarımmüdafiəçi Samir Buqrinin isə meydana çıxıb-çıxmayacağı sual altındadır.
 
"Zirə"də isə cəzalı Dmitrios çantakias, zədəlilər Filipe Paxtman və Ruslan Qurbanov oynamayacaq. Tural Bayramlının da bu matçda iştirak edib-etməyəcəyi bəlli deyil.
 
Qeyd edək ki, Zirə İdman Kompleksinin stadionunda gerçəkləşəcək qarşılaşmaya saat 16:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest