Erməni mətbuatı yazır ki, yanvarın 20-də baş nazirin müavini Tiqran Avinyan parlamentdə çıxışı zamanı itkilərin sayının 4000 nəfəri keçməyəcəyini "vəd etməklə" növbəti dəfə yalan danışdı.

Hazırda Ermənistanın Qarabağdakı son döyüşlərdəki qurbanlarının rəsmi sayı 4005 nəfərdir. Bu barədə Ermənistanın Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, 2020-ci il sentyabrın 27-dən 2021-ci il fevralın 13-dək döyüşlərdə ölən 3577 hərbçinin meyitinin məhkəmə-tibbi ekspertizası aparılıb. 428 nümunə DNT testi mərhələsindədir.
 
Erməni mətbuatı yazır ki, yanvarın 20-də baş nazirin müavini Tiqran Avinyan parlamentdə çıxışı zamanı itkilərin sayının 4000 nəfəri keçməyəcəyini "vəd etməklə" növbəti dəfə yalan danışdı.
 
"Əslində, artıq qurbanların sayı 4 mini keçib, itkin düşənlər barədə isə məlumat verilməyib".
ümumilikdə isə bəzi mənbələrdə Ermənistanın itkilərinin 6-7 min nəfər olduğu qeyd edilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest